“Hazırda ölkə ərazisində küləklə müşahidə olunan əlverişsiz hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.
“Bununla yanaşı, küləkli, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, bu tip nəqliyyat vasitələrinin sürücülərindən xüsusilə ehtiyatlı olmağı xahiş edirik”, – deyə müraciətdə qeyd olunub.













