Qubada silah-sursat aşkarlanıb
Gununsesi.info–nun məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı vətəndaşlar tərəfindən könüllü olaraq 4 ov tüfəngi, 1 avtomat, 30 patron və 1 ədəd patron darağı polisə təhvil verilib.
Bundan əlavə, rayonun Qonaqkənd qəsəbəsi ərazisində 1 qumbara, 6 ov tüfəngi və 19 ədəd patron aşkarlanıb.










