Milli Məclisin deputatı Razi Nurullayevin İsrail barədə çıxışı birmənalı qarşılanmayıb.
İsraili “qardaş” adlandıran deputat tənqidlərə məruz qalıb.
Gununsesi.info bu barədə deputatın fikirlərini öyrənib.
Nurullayev İsraili “qardaş ölkə” adlandırmasının da konkret reallıqlara əsaslandığını bildirib.
O qeyd edib ki, Qarabağ müharibəsi zamanı Azərbaycanın mövqeyinə dəstək verən və müdafiə sahəsində əməkdaşlıq edən ölkələrdən biri İsrail olub.
Deputat əlavə edib ki, son hadisələr fonunda illər əvvəl səsləndirdiyi fikirlərin kontekstdən çıxarılaraq təqdim olunması doğru deyil.
O vurğulayıb ki, mülki insanların həlak olması harada baş verməsindən asılı olmayaraq qəbuledilməzdir.
Nurullayev qeyd edib ki, Azərbaycanın maraqlarını müdafiə etmək və insan həyatına hörmət prinsipi bir-birinə zidd deyil və bu mövqeyi dəyişməyib.
Orxan











