2025-ci ildə Rusiyada məhkəmə icraçılarından yayınan 200 mindən çox borclu axtarışa verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) mətbuat xidməti məlumat verib.
Məlumata görə, 2025-ci ilin ilk 11 ayı ərzində ümumilikdə 204 200 borclu axtarılıb. Müqayisə üçün qeyd edilib ki, 2024-cü ilin eyni dövründə bu göstərici 210 300 nəfər təşkil edib.
Məlumata əsasən, məhkəmə icraçılarından yayınan borclulardan 80 mindən çoxu müəyyən edilərək tapılıb.
Şəbnəm













