Salyanda avtomobil piyadanı vuraraq öldürüb

  • By Admin08
  • 06 Sentyabr 2025 22:01

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, BMW markalı avtomobil yolu keçən naməlum piyadanı (kişi-red) vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.