Millimizin baş məşqçisi Fernando Santuşun istefaya göndərilməsi qərara alınıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, buna yığmamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İslandıya yığmasına böyük hesabla (0:5) uduzması səbəb olub.
Xatırladaq ki, Santuş bu vəzifəni 2024-cü ilin yayından icra edirdi.













