Teleqramda problem yarandı

  • By Admin08
  • 05 Sentyabr 2025 23:31

Teleqramın işində nasazlıq yaranıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Downdetector” analitik platforması məlumat yayıb.

Platforma istifadəçilərinin yarıdan çoxu (51%) teleqramda nasazlıq olduğunu bildirib. Onlardan bəziləri bildirişlərin gəlməməsindən şikayətlənib. İstifadəçilər həmçinin yazıların altına şərh yaza bilmədiklərini və media fayllarının yüklənmədiyini yazıb.