Təbrizli şair həbs edildi

  • By Admin2
  • 05 Yanvar 2026 13:23

İran təhlükəsizlik qüvvələrinin əməkdaşları Təbrizdə yaşayan şair və milli fəal Şəhram Talibinəjadı həbs ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, yanvarın 3-ü axşam saatlarında Təbrizin Lalə meydanında saxlanılıb.

Onun həbs səbəbi və hara aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Gununsesi.info