
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində naməlum şəxs gecə saatlarında vətəndaşı kəsici alətlə hədələyərək mobil telefonu və 270 manat pulu olan çantasını ələ keçirib.
Gununsesi.info-nun xəbərinə görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Z. Camalov saxlanılıb.
Araşdırmalar zamanı onun bir neçə gün əvvəl Binəqədi rayonunda vətəndaşlardan birinin çantasını, içərisində qızıl-zinət əşyaları, mobil telefon və pul olan əşyaları soyğunçuluq yolu ilə taladığı da müəyyən edilib.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.