Tramp: "ABŞ İranın doqquz hərbi-dəniz gəmisini məhv edərək batırıb"

ABŞ 9 İran hərbi-dəniz gəmisini məhv edərək batırıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Az əvvəl mənə məlumat verildi ki, biz doqquz İran hərbi-dəniz gəmisini zərərsizləşdirərək batırmışıq”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, batırılan gəmilərdən bəziləri nisbətən iri olub və mühüm əhəmiyyət daşıyıb.

“Qalanlarını təqib edirik – tezliklə onlar da dənizin dibində olacaq”, – deyə ABŞ prezidenti əlavə edib.

Bundan başqa, Tramp ayrıca zərbə nəticəsində İranın hərbi-dəniz qüvvələrinin qərargahının ciddi şəkildə dağıdıldığını da açıqlayıb.

Gununsesi.info