Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Əhmədov Rasim Mirəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır. (qafqazinfo)













