
“Whatsapp” yox olan mesajlar üçün yeni xüsusiyyət təqdim etməyə hazırlaşır. İstifadəçilər 24 saatlıq müddətə əlavə olaraq 1 saat və 12 saatlıq silinmə seçimlərini də seçə biləcəklər.
Gununsesi.info xəbər verir ki, 1 saatlıq seçim həssas məlumatlar üçün nəzərdə tutulub, lakin geri sayım mesaj göndərildiyi anda başlayır, bu da mesajın oxunmadan silinməsi riskini artırır. ‘Whatsapp” bu barədə istifadəçiləri xəbərdar edəcək.