Zakir Qaralov verginin “qara siyahı”sında

Azərbaycanın keçmiş baş prokuroru Zakir Qaralovun şirkətləri “qara siyahı”ya düşüb.

 

Gununsesi.info bildirir ki, “Akkord” Şirkətlər Qrupuna daxil olan iki şirkət riskli vergi ödəyiciləri siyahısına salınıb.

Söhbət “Akkord Qum” MMC və “Akkordian Traden” MMC-dən gedir.

“Akkordian Traden”-in hazırda 110 min manatdan çox vergi borcu var.

Bundan əlavə, qrupa daxil olan daha bir qurumun — “Akkord Hidrotexniki Tikinti Şirkəti”-nin də vergi orqanları qarşısında külli miqdarda borcu var: bu borcun məbləği 1 milyon 194 min manat təşkil edir.

Bundan başqa, şirkətlər Vergi Məcəlləsinin tələb etdiyi kimi, vergi hesabatlarını və ya onu əvəz edən arayışları vaxtında təqdim etmədiklərinə görə dəfələrlə cərimələnib.

“Akkord” Şirkətlər Qrupu Azərbaycanın keçmiş baş prokuroru Zakir Qaralova məxsusdur.

Gununsesi.info