
Baş Prokurorluqda istintaq olunan “QHT işi” yenidən aktuallaşıb.
Gununsesi.inf0–nun xəbər verdiyi kimi, bu dəfə tanınmış hüquq müdafiəçisi Şəhla İsmayıl cinayət məsuliyyəytinə cəlb olunub.
Bu o adamdır ki, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Amma bu gün o, istintaqa çəkilir.
Maraqlıdır ki, ABŞ-dan, Avropa İttifaqından Azərbaycanın hökumət qurumları da yüz milyonlarla qrant əldə edib.
Söhbət Elm və Təhsil, Kənd Təsərrüfatı, Ədliyyə Nazirliyi və sair nazirliklərdən gedir.
Amma nədənsə bu iş üzrə vətəndaş cəmiyyəti fəalları cinayət məsuliyyətinə cəlb olunur.
Hansı ki, dövlət orqanlarından fərqli olaraq onların həyata keçirdikləri layihələrdən minlərlə aztəmninatlı insanlarımız yararlanıb.
Pulsuz hüquqi xidmətdən tutmuş, müvəqqəti iş tapanların sayı minlərlə olub.
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı deyir ki, ABŞ prezidenti seçilən Trampın qərarından sonra USAİD mövzusu daha da müzakirə olunmağa başladı: “USAİD vasitəsilə ölkəmizdə Amerika xalqından xalqımıza dəstək məqsədilə təxminən 1 milyard dollara yaxın qrant verilib. Fikrimcə, bu vəsaitlərin alınıb-xərclənməsi ilə bağlı 2 məsələyə xüsusi diqqət yetirməliyik:
Bunun birincisi, Azərbaycan hökumətinə, o cümlədən müxtəlif dövlət qurumlarına verilən qrantlardır, digəri isə vətəndaş cəmiyyəti insitutlarının aldığı qrantlardır.