
Gürcüstan ATƏT katibliyinə və təşkilatın üzv ölkələrinə etiraz notası ünvanlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Gürcüstan XİN yayıb.
Bildirilib ki, buna səbəb oktyabrın 14-də ölkədə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisidə etiraz aksiyasında iştirak etməsi olub:
Xatırladaq ki, dünən Gürcüstanın Baş naziri İrakli Kobaxidze də E.Valtonenlə planlaşdırılan görüşünü ləğv etmişdi.