close

60-dək konqresmen Blinkeni Əliyevə təzyiq etməyə çağırıb

ABŞ Konqresi. Foto: Shutterstock\onemoreimage

Onlar COP29 ərəfəsində bütün siyasi məhbusların azadlığını istəyiblər

ABŞ-nin 60-dək konqresmeni Dövlət katibi Entoni Blinkenə müraciət edib.

Onlar ABŞ-ni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıblar.

Məlumatı “Reuters” yayıb.

E.Blinken və İ.Əliyev

Bildirilir ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin Ermənistana qarşı təxribat xarakterli bəyanatların verilməsinin dayandırılmasını istəyiblər.

Nəşr bildirir ki, “COP29 Azərbaycan” onun sorğularına, hələ ki, cavab verməyib.

Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçiriləcək.

Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Azərbaycanda 300-dən artıq şəxsin siyasi motivlərlə həbs edildiyini deyirlər.

Hazırda ölkədə 20-dən artıq jurnalistin həbsdə olduğu hesabatlarda da əksini tapıb.

Ana səhifəSiyasət60-dək konqresmen Blinkeni Əliyevə təzyiq etməyə çağırıb