close

95 yaşlı Ömər Eldarov vəzifəsindən azad edildi

Mənbə: Leyla-aliyeva.az

O, Rəssamlıq Akademiyasının rektoru vəzifəsində çalışırdı

Prezident İlham Əliyev Xalq rəssamı, heykəltaraş Ömər Eldarovla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Xalq rəssamı, heykəltaraş Natiq Əliyev Akademiyaya rektor təyin olunub.

Ömər Eldarov 2022-ci il dekabrın 20-də Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

O, bir gün sonra dekabrın 21-də 95 yaşını qeyd edib.

Ömər Eldarov 2002-ci Azərbaycan Rəssamlıq Akademiyasının rektoru idi.

Ana səhifəXəbərlər95 yaşlı Ömər Eldarov vəzifəsindən azad edildi