Yoxlamaların nəticələri bəlli olanadək təyyarələr uçuş həyata keçirməyəcək
ABŞ təhlükəsizlik yoxlamaları üçün 171 “Boeing 737 MAX 9” təyyarəsinin uçuşunu müvəqqəti dayandırıb. Sərnişin daşıyan yeni “Alaska Airlines” təyyarəsini təcili eniş etməyə məcbur edən kabin panelindəki partlayışdan sonra belə bir qərar alınıb.
Yanvarın 5-də Oreqon ştatının Portlend şəhərindən Ontario ştatına gedən təyyarənin panelində partlayış baş verib, nəticədə sol tərəfi qopub.
Pilotlar göyərtəsində 171 sərnişinin və altı ekipaj üzvünün olduğu təyyarəni geri dönüş etdirməyə məcbur qalıb.
Hadisə nəticəsində ölən olmayıb, lakin bir neçə sərnişin xəsarət alıb. Problemin yarandığı təyyarə yenidir, 8 həftə əvvəl istifadəyə verilib.
Yanvarın 6-da həm “Alaska Airlines”, həm də “United Airlines” (UAL.O) Federal Aviasiya Administrasiyasının (FAA) narahatlıqları əsasında təyyarələrə baxış keçirilməsi qərarı verilib. Nəticələr bəlli olanadək təyyarələr uçuş həyata keçirməyəcək. İlkin açıqlamalardan məlum olan odur ki, bəzi MAX 9 təyyarələrinin istifadəsinin dayandırılacağı gözlənilir.
“Reuters” yazır ki, bu, “Boeing” üçün zərbədir. Çünki şirkət onsuz da təhlükəsizliklə bağlı böhranlardan və pandemiyanın ağır borca salan təsirlərindən qurtulmağa çalışır.