close

ABŞ-da inflyasiya faizi enib, lakin…

ABŞ-da inflyasiya. Foto: Kowit Lanchu/shutterstock

Pandemiyadan öncəki qiymətlərə dönüş hələlik, mümkün görünmür

ABŞ inflyasiyanın azaldılmasında “əhəmiyyətli irəliləyiş” əldə edib.

Ölkənin maliyyə naziri Janet Yellen belə deyib. Bildirib ki, əldə olunan irəliləyiş əmək bazarını gücləndirib:

“Məhz bu sahədə xüsusilə, nəzərə çarpır”, – nazir deyib.

“Bloomberg” yazır ki, ABŞ hökumətinin istehlak qiymətləri indeksi ilə ölçülən illik inflyasiya səviyyəsi Federal Ehtiyat Sisteminin qiymət təzyiqlərini azaltmaq üçün aqressiv faiz artımı kampaniyasına başlayıb. Beləliklə, 2022-ci ildə 9 faizlik yüksək zirvəyə qalxıb. Nəhayət, bu ilin oktyabrında ilk dəfə 3,2 faizə enib.

Maliyyə naziri bildirib ki, düzdür, qiymətlər ötənilki sürətlə artmır, lakin az templə bahalaşma hiss edilir. Məsələn, bir çox məhsulların qiyməti pandemiyadan əvvəlki halından qat-qat yüksəkdir. Hələlik, əvvəlki vəziyyətinə dönməyib:

Lakin o da doğrudur ki, biz inflyasiyanın aşağı salınmasında əhəmiyyətli irəliləyiş əldə edirik. Hələ pandemiyadakından əvvəlki vəziyyətə çatmamışıq, odur ki, nə qədər müsbət xəbərlər olsa da, amerikalılar əvvəllər alışdıqları qiymətlərə baxanda daha çox pul xərcləyirlər”.

2019-cu ilin sonunda başlayan pandemiya bütün dünyada yüksək inflyasiya faizlərinə səbəb olub. Ardınca başlayan Rusiya-Ukrayna müharibəsi isə ərzaq qiymətlərinin daha da qalxmasına gətirib. Bu, Cənubi Qafqaz regionunda da hiss edilib. Həm ərzaq, həm kirayə, həm əmlak, həm də xidmət sahələrində qiymətlər qalxıb.

Hökumətlər inflyasiyanın qarşısının alınması üçün müxtəlif dövlət proqramları qəbul etsələr də, hələlik, pandemiyadan əvvəlki qiymətlərə dönüş mümkün olmayıb.

Ana səhifəDünyaABŞ-da inflyasiya faizi enib, lakin…