close

ABŞ rəsmiləri: Rusiya hərbi liderləri nüvə silahından istifadəni müzakirə edib

Mənbə: Reuters

Con Kirbi: “Biz onları ciddi qəbul edirik”

Rusiya hərbi liderlərinin nüvə silahından istifadəni müzakirə etməsi Bayden administrasiyasını təşvişə salıb.
ABŞ rəsmiləri belə düşünür.

“Nyu York Times” yazır ki, onlara nüvə silahından istifadə təhlükəsini düşündürən Moskvanın Ukraynadakı döyüş meydanındakı uğursuzluqlarıdır. Sayt yüksək rütbəli amerikalı rəsmilərin sözlərinə istinadla qeyd edir ki, bu yaxınlarda Rusiyanın yüksək rütbəli hərbi liderləri Moskvanın Ukraynada taktiki nüvə silahından nə vaxt və necə istifadə edə biləcəyini müzakirə etmək üçün danışıqlar aparıb. Bu da Vaşinqtonda və müttəfiq paytaxtlarda narahatlığın artmasına səbəb olub.


Bu söhbətlərlə bağlı kəşfiyyat məlumatları oktyabrın ortalarında ABŞ hökuməti daxilində yayılıb.ABŞ rəsmiləri hərbi liderlərin nüvə silahından istifadə ilə bağlı düşündüyü ssenariləri təsvir etməyib. Lakin  daha əvvəl bununla bağlı səsləndirilən təxminlərdə deyilirdi ki, Putinin Ukraynada qələbə qazanmaq üçün “potensial çarəsizliyi” və müharibədəki uğursuzluqlar nüvə silahından istifadəyə gətirib çıxara bilər.

ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Con F. Kirbi “hesabatın təfərrüatlarını” şərh etməkdən imtina edib.“Rusiyanın nüvə silahının potensial istifadəsi ilə bağlı şərhləri dərin narahatlıq doğurur. Biz onları ciddi qəbul edirik”, – Kirbi deyib.


Pentaqonun hesablamalarına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı ehtiyatı var və bu silahlar döyüş meydanlarında adi qüvvələri məğlub etmək üçün istifadə olunmaq üçün nəzərdə tutulub. Hazırkı müharibədə isə hələlik heç bir taktiki nüvə silahı istifadə olunmayıb.Taktiki nüvə silahları daha az məhsuldarlıq daşıyır və qitələrarası ballistik raketlərdə daşınan döyüş başlıqlarından daha qısa məsafələrdə istifadə üçün nəzərdə tutulub.Hərbi ekspertlər deyirlər ki, nüvə silahından istifadə – 75 ildən çox müddətdə ilk dəfə – müharibənin formasını kökündən dəyişəcək. Nəticədə məhvetmə silahın ölçüsü və küləklər də daxil olmaqla bir çox amillərdən asılı olsa da, hətta kiçik bir nüvə partlayışı minlərlə insanın ölümünə səbəb ola bilər və Ukraynanın bəzi hissələrini yaşayış üçün yararsız edə bilər.


Sayt yazır ki, hazırda Vladimir Putin taktiki cihazdan istifadə edib-etməməkdə yeganə səlahiyyətə malikdir. Generallarının fikirlərindən asılı olmayaraq, onun yerləşdirilməsi barədə qərar qəbul edəcək.
Vladimir Putin isə ötən cümə axşamı Moskvanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığını təkzib edib.


“Biz buna ehtiyac görmürük”, – deyib. Putin əlavə edib ki, bunun nə siyasi, nə də hərbi mənası var.Sentyabrın əvvəlində Ukraynanın uğurlu əks hücumundan sonra nüvə silahından istifadə ilə bağlı gərginlik artıb.
O vaxtdan bəri Putin münaqişəni gərginləşdirmək üçün addımlar atıb, səfərbərlik elan edib.


Rəsmilər gərgin döyüşlərin gələn aya qədər davam edəcəyini gözləyirlər. Hərbi ekspertlər isə düşünür ki, növbəti bir neçə həftədə daha palçıqlı şərait və soyuq hava müharibəyə gələn ilin əvvəlinədək fasilə verməyə məcbur edə bilər.

Ana səhifəXəbərlərABŞ rəsmiləri: Rusiya hərbi liderləri nüvə silahından istifadəni müzakirə edib