close

ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım göndərəcək

ABŞ, Ağ Ev. Foto: ungvar/shutterstock

Paketə zenit raketləri və artilleriya mərmiləri daxildir

ABŞ Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərəcək. Bu barədə Co Bayden Administrasiyası martın 12-də bildirib.

Bu, Konqresdə respublikaçı liderlər tərəfindən Kiyev üçün əlavə vəsaitin bloklanmasından sonra ilk belə addımdır.

“Reuters” yazır ki, Ağ Ev döyüş meydanındakı vəziyyəti və respublikaçı sərt xətt tərəfdarlarının maliyyələşdirməsinə müqaviməti nəzərə alaraq daha çox hərbi yardım göndərmək yollarını tapmaqda çətinlik çəkir.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Jake Sullivan, maliyyənin Pentaqonun müqavilələrindən gözlənilməz xərclərə qənaət edilməsindən əldə edildiyini və Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) üçün artilleriya mərmiləri və sursatları üçün istifadə ediləcəyini söyləyib.

Джейк Салливан
Foto: “Turan”

“Bu, yalnız bir neçə həftə ərzində Ukrayna üçün faydalı ola bilər. Ukraynanın döyüş meydanındakı ehtiyaclarını ödəmək üçün kifayət deyil”.

Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder bildirib ki, paketə zenit raketləri və artilleriya mərmiləri daxildir.

ABŞ rəsmiləri, həmçinin 2022-ci ildə immobilizasiya edilmiş Rusiyanın 285 milyard dollarlıq aktivlərinə həbs qoyulması və bu pulun Ukraynanın silahlarına ödənilməsi üçün istifadə variantlarını da nəzərdən keçirib.

ABŞ Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğalından sonra Ukraynaya hərbi yardım verir.

Fransanın BFM televiziyasına müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, silah çatışmazlığına baxmayaraq, ölkəsi strateji mövqeyini yaxşılaşdırıb. Prezident deyib ki, yeni təchizatların gəlmədiyi təqdirdə vəziyyət yenidən dəyişə bilər.

Həmçinin, bu aralar Avropa Birliyi ölkələrinin Ukraynanın hərbi ehtiyaclarını maliyyələşdirmək üçün istifadə olunan fonda yeni 5 milyard avro (5,46 milyard dollar) əlavə edilməsi barədə razılığa gəlmə ərəfəsində olduğu bildirilir.

Ana səhifəDünyaABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım göndərəcək