close

AÇ-2024: Türkiyə millisi Portuqaliyaya uduzub

Fotolar: Türkiyə Futbol Federasiyasının rəsmi saytı

Gürcülər turnirdə ilk xalı qazanıblar

İyunun 22-də futbol üzrə Avropa çempionatının qrup mərhələsində 2-ci tura yekun vurulub.

Günün ilk oyununda F qrupunda qərarlaşmış Gürcüstan və Çexiya yığma komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qrupun digər matçında Türkiyə millisi Portuqaliya yığması ilə qarşılaşıb. Oyun portuqaliyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyunlardan sonra Portuqaliya millisi 6 xalla F qrupunda ilk pillədə qərarlaşıb. Üç xala malik Türkiyə yığması ikinci yerdədir. Hərəyə 1 xalı olan Gürcüstan və Çexiya komandaları 3-4-cü pillələri bölüşür.

İyunun 26-da Türkiyə millisi Çexiya, Gürcüstan isə Portuqaliya yığması ilə qarşılaşacaq.

Ana səhifəİdmanAÇ-2024: Türkiyə millisi Portuqaliyaya uduzub