close

Açıq Büdcə İndeksində Azərbaycan 21 pillə irəliləyib

Azərbaycan, Gürcüstan və Ermənistan. Foto: hyotographics/shutterstock

Gürcüstandan arxada, Ermənistanla eyni səviyyədə

2023-cü il üzrə Açıq Büdcə İndeksi hesabatı açıqlanıb.

İndeks ölkələri milli büdcə proseslərində hesabatlılığın üç sütunu üzrə fəaliyyətlərinə görə sıralayır. Bu, 125 ölkədə ictimai iştirak, nəzarət və milli büdcələrdə şəffaflığın dünya üzrə yeganə müqayisəli, müstəqil və müntəzəm qiymətləndirilməsidir.

Azərbaycan 2023-cü il üzrə Açıq Büdcə İndeksində 100 mümkün baldan 67 bal toplayaraq, 125 ölkə arasında 21 pillə irəliləyərək ilk dəfə olaraq 23-cü yerə yüksəlib. Bununla da Azərbaycan yetərli məlumat dərc edən ölkələr qrupuna daxil olub. Ancaq ictimai iştirakçılıq bölümü üzrə vəziyyəti geri qalıb. Bu bölümdən 100 mümkün baldan cəmisi 11 bal toplayıb.

Azərbaycan bununla qonşularından Türkiyəni (0/100) üstələyib, lakin Gürcüstan (44/100), Rusiyadan (33/100) geri qalıb. Ermənistan (11/100) və Qazaxıstanla (11/100) isə eyni səviyyədədir.

İndeksin ictimai iştirakla bağlı hissəsi büdcə dövriyyəsinin dörd mərhələsində ictimaiyyətin icra, qanunverici və ali audit qurumu ilə əlaqə saxlaması üçün formal imkanları qiymətləndirir. Nəzarət hissəsi qanunverici orqanın və ali audit qurumunun rol və məsuliyyətlərini qiymətləndirir. Şəffaflıq bölümü ictimaiyyətin vaxtında və hərtərəfli büdcə məlumatlarına çıxışını qiymətləndirir.

Ana səhifəİqtisadiyyatAçıq Büdcə İndeksində Azərbaycan 21 pillə irəliləyib