close

Adı cinsi istismarda hallanan aktyorun festivala dəvəti Ermənistanda mübahisəyə səbəb olub

Kevin Speysi, REUTERS/Maja Smiejkowska

İnsan haqları təşkilatları “Qızıl ərik” kinofestivalının addımını tənqid edib

Hollivud aktyoru Kevin Speysinin (Kevin Space) “Qızıl ərik” kinofestivalının fəxri qonağı kimi Yerevana səfər edəcəyi barədə açıqlama Ermənistanda mübahisələrə səbəb olub.

“OC Media” yazır ki, festival, Speysinin çərşənbə axşamı tədbirə qatılacağını elan edib və onun haqqında “bir çoxunun fikrincə, təkcə öz dövründə deyil, bütün dövrlərdə həm səhnənin, həm də ekranın ən böyük sənətçilərindən biri” kimi yazıb.

Yazı daha sonra redaktə edilib, bildirilib ki, Speysinin səfəri “festivalın baş sponsoru Yerevan Bələdiyyəsinin dəstəyi ilə” mümkün olub.

Yerevan merinin mətbuat katibi Hayk Kostanyan daha sonra festivalla bağlı paylaşım edərək bildirib ki, bələdiyyənin festivalı maliyyələşdirməsi nəticəsində “sevimli aktyoru paytaxtda olacaq”.

İyunun 18-nə aid bir bələdiyyə sənədində qeyd olunur ki, bələdiyyə festivala “maliyyə dəstəyi” olaraq ֏60 milyon (155.000 ABŞ dolları, 263,423 manat) ayırıb.

Bir çoxu festivalı 2017-ci ildən bəri 50-dən çox insana, o cümlədən 14 yaşlı uşağa qarşı cinsi qısnamada ittiham edilən Speysini dəvət etdiyinə görə tənqid edib.

Bir “Facebook” istifadəçisi festivalın postunun altında “Niyə o?” sualını verib, digər istifadəçi isə “heç kim onun yanında görünmək istəmədiyi üçün dərin endirim” təklif edib.

“Gənclərə təcavüz etdi. Biz ona necə hörmət edə bilərik? O, sənətkar ola bilər, amma qurbanlara zərər verirdi. Bu? ədalətli deyil”, – başqa bir istifadəçi yazıb.

Speysi bu yaxınlarda verdiyi müsahibədə bəzi hallarda “çox əlçatan olduğunu” və “istəmədikləri anda bilmədiyi bir şəkildə cinsi əlaqəyə girdiyini” etiraf etsə də, o, hər hansı cinayət törətmədiyini düşünür.

Ona qarşı qaldırılan bir neçə cinayət təqibi olub.

“Freedom House”un Ermənistan nümayəndəsi Andranik Şirinyan dəvəti tənqid edərək bildirib ki, bütün zorakılıq aktları cinayət məsuliyyətinə səbəb olmur.

“Onun olmaması zorakılığın və ya mənəvi cəhətdən qınanan hərəkətin olmaması demək deyil, xüsusən də zorakılıq dominant vəziyyətdə olan kimsə tərəfindən yetkinlik yaşına çatmayan şəxsə, bu halda daha həssas vəziyyətdə olan 14 yaşlı oğlana qarşı törədildikdə”.

Gender üzrə ekspert Arusik Ohanyan cinsi zorakılıq hallarının sübut edilməsinin çox çətin olduğuna diqqət çəkib:

“Amma bir insanın sakit danışması, onun belə bir şey etməsi kifayətdir ki, onun vəkili rolundan əl çəkəsən”.

Helsinki Vətəndaş Assambleyasından Vardine Qriqoryan — Vanadzor, yerli hüquqlar qrupu, 2017-ci ildə Elton Conun səfərinə onun cinsi orientasiyasına görə etiraz edən mühafizəkar ermənilərin çoxunun Speysinin səfərinə etiraz etməyəcəklərini deyib:

“Və fərqin cavabı çox primitivdir: zəhərli kişilik və zorakılıq”.

Qadınlara Qarşı Zorakılığı Durdurma Koalisiyası dərin narahatlıq ifadə edən bəyanat yayaraq, festival təşkilatçılarını Speysiniin iştirakını ləğv etməyə çağırıb.

“Onu “şərəfləndirməklə” “Qızıl ‘rik” Film Festivalı ictimaiyyətə narahatedici siqnallar göndərir ki, cinsi zorakılığa məruz qalanların təhlükəsizliyi və ləyaqəti ikinci dərəcəli məsələlərdir, istedad və imtiyazlı mövqe isə insanı toxunulmaz edə bilər”.

“Qızıl Ərik” Film Festivalı, eləcə də Speysi tənqidlərə cavab verməyib.

Ana səhifəXəbərlərAdı cinsi istismarda hallanan aktyorun festivala dəvəti Ermənistanda mübahisəyə səbəb olub