SOCAR-ın prezidenti Azərbaycan futboluna rəhbərlik edəcək
Aprelin 2-də AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib.
Konfransda AFFA-nın yeni prezidenti məlum olub.
![](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/83edf359-5e16-4f62-9676-fa497f2c3c55-1095x821.jpeg)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf AFFA-nın rəhbəri seçilib.
Rövşən Nəcəf AFFA prezidenti postunda Rövnəq Abdullayevi əvəz edib.
Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edirdi.