close

Ağdam-Xankəndi yolunda aksiya keçirən ermənilər humanitar yardımı buraxmayacaqlarını deyiblər

“Kavkazski uzel”: “Dağlıq Qarabağda un qıtlığı ucbatından sonu görünməyən çörək növbələri yaranıb”

“Dağlıq Qarabağ”ın Ağdam-Xankəndi (Stepanakert) yolunda piket keçirən sakinləri çadırlar qurublar. Onlar Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin humanitar yükünü daşıyan yük maşınlarının buraxılmasının əleyhinədirlər. Qırmızı Aypara cəmiyyətinin əməkdaşları yükün sülhməramlılara ötürülməsi barədə razılığa gəliblər, lakin piketçilər onların da böyük yüklərini buraxmaqdan imtina ediblər. 

Avqustun 29-u Azərbaycan Qırmızı Aypara cəmiyyəti “Dağlıq Qarabağ”a 40 ton humanitar yardım yüklənmiş iki yük maşını göndərib. Maşınlar rusiyalı sülhməramlıların postunadək gəlib və orada keçid üçün icazə gözləyib. “Dağlıq Qarabağ” sakinləri Ağdamdan Xankəndinə (Stepanakertə) gedən yolu kəsiblər. Onlar Azərbaycandan gələn yükü buraxmayacaqlarını bəyan ediblər. 

“Kavkazski uzel” yazır ki, “Dağlıq Qarabağ”da Laçın dəhlizi mühasirəyə alındığından yanacaq, dərman və ərzaq qıtlığı yaşanır. Yerli sakinlər rasionun kasıblığından və ərzaq qıtlığından əziyyət çəkdiklərini deyirlər. “Dağlıq Qarabağ”da un qıtlığı ucbatından sonu görünməyən çörək növbələri yaranıb, – “Kavkazskiuzel”in “Laçın dəhlizinin bağlanmasının nəticələri” məqaləsində yazılır.   

Ağdamdan Xankəndinə gedən yolu kəsən piketçilər rusiyalı sülhməramlıların yük maşınlarına Ağdamdan çıxmağa imkan vermir. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti sülhməramlılara “Dağlıq Qarabağ” sakinləri üçün nəzərdə tutulmuş 40 ton humanitar yardım ötürəcəkləri barədə razılığa gəliblər. Daha sonra sülhməramlılar bu yükü “Dağlıq Qarabağ”a çatdırmalı idilər, belə ki, Qırmızı Ayparanın maşınları piketçilərin üzündən ora gedə bilmir,- məqalədə “Turan” agentliyinə istinadən yazılıb.  

Ehtimal olunurdu ki, un kisələri sülhməramlıların yük maşınlarına yüklənəcək və daha sonra bu yük maşınları Qırmızı Aypara cəmiyyətinin nümayəndələri olmadan humanitar yardımı “Dağlıq Qarabağ”a çatdıracaq. 

Lakin Azərbaycanın un kisələri ilə dolu iki yük maşını Ağdama gedən yolda, beton bloklardan 400 metr məsafədə dayanıb. Bu beton blokları “Dağlıq Qarabağ”ın sakinləri quraşdırıb. 

Çadır qurmuş etirazçılar bəyan ediblər ki, humanitar yüklə dolu yük maşınlarının Xankəndinə çatmaması üçün əllərindən gələni edəcəklər. Qırmızı Aypara cəmiyyətinin əməkdaşları yolda gecələyiblər, – ötən gecə Minval.az xəbər verib.   

 “Arsaxın (tanınmamış Dağlıq Qarabağın – “Kavkazski uzel”in qeydi) Təhlükəsizlik və İnkişaf Fondu” hərəkatının nümayəndələri iyulun 18-i beton bloklarla Əsgəran-Ağdam yolunu kəsiblər. Onlar bunu həmin yoldan humanitar yüklərin keçməməsi məqsədilə ediblər. “Dağlıq Qarabağ”ın sabiq dövlət naziri Ruben Vardanyan qeyd edib ki, Ağdamdan Stepanakertə (Xankəndinə) yük daşınması ehtimalları barədə bəyanatlar Azərbaycanın maraqları çərçivəsində səslənir. Yolu kəsən fəallara adi sakinlər də qoşulub.

Avqustun 23-nə olan məlumata görə, qarabağlı fəallar Ağdamdan keçən yolu mühasirəyə almağa davam edirlər, “Arsaxın (Qondarma Dağlıq Qarabağın) Təhlükəsizlik və İnkişaf Fondu”nun nümayəndəsi xəbər verib.

“Dağlıq Qarabağ” sakinləri “Dağlıq Qarabağın prezidenti”nə Ağdam yolundan istifadəyə razılaşmasına imkan verməməlidir, – İnqilab Partiyasında bəyan ediblər.       

“Kavkazski uzel”in həmçinin yazdığına görə, avqustun 30-u saytın sorğusunda iştirak edən azərbaycanlı politoloqlar bəyan ediblər ki, Bakıdan “Dağlıq Qarabağ”a humanitar yardımın göndərilməsi Azərbaycanın bölgədəki reinteqrasiya ilə bağlı sülh niyyətində olduğundan xəbər verir. Yük maşınlarının buraxılmaması isə erməni tərəfi məsələsinin süni şəkildə siyasiləşdirildiyini sübuta yetirir.

Ana səhifəXəbərlərAğdam-Xankəndi yolunda aksiya keçirən ermənilər humanitar yardımı buraxmayacaqlarını deyiblər