close

Ağdərənin tamamilə boşaldığı bildirilir

Foto: “Кавказский узел”

Əsgəranın meri: “Şəhər tam boşalandan sonra mən də gedəcəyəm”

Ağdərə (Mardakert) tamamilə boşaldılıb, əhalisi təxliyə edilib.

Bu barədə Mardakertin (Ağdərə) “meri” Mişa Gyurjyan “Azadlıq” radiosunun erməni bürosuna danışıb.

Onun sözlərinə görə, sentyabrın 24-də son sakinlər 1000-ə yaxın maşınla oradan çıxıb, onlar axşam saatlarında Stepanakertə (Xankəndi) çatıblar.

Mişa Gyurjyan dinc sakinlər arasında 1 nəfərin itkin düşdüyünü bildirib:

Mülki əhali arasında ölən yoxdur. Lakin şəhərdə və ətrafında xeyli sayda hərbçinin meyidi var. Şəhərdəki ölən hərbçilərin sayı 20 nəfərdir. Ətrafdakıların sayı isə bilinmir”.

Əsgəran şəhərinin “meri” Hayk Şamiryan isə itkin düşənlərin çox olmadığını bildirib:

“Amma hərbçilər arasında itkilərimiz çoxdur”.

Foto: Telegram

Bütün Artsax (Qarabağ) gedir, Əsgəran da gedir. Türklər artıq Əsgəranın 200 metrliyindədir. Əsgəran əhalisi tamamilə təxliyə olunanda mən də şəhəri tərk edəcəyəm. İnsanlar artıq gərginliyin son mərhələsinə çatıblar. Burada nə baş verdiyini heç kim təsəvvür edə bilməz. İnsan bunu öz dərisində hiss etməyənə qədər, bizim indi burada necə yaşadığımızı bilmir”, – deyə Hayk Şamiryan əlavə edib.

O həmçinin şəhərdə axtarış-xilasetmə işlərinin hələ də davam etdiyini deyib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Əsgəran rayonu 1991-ci ildə ləğv edilərək Xocalı rayonunun tərkibinə verilib.

Ağdərə 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edilib.

Rayon 8 avqust 1930-cu ildə təşkil edilib.

1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb.

Azərbaycan Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonunlarının inzibati tərkibinə daxil edilib.

Rayon 27 iyun 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub.

Ana səhifəSiyasətAğdərənin tamamilə boşaldığı bildirilir