close

Aİ və ABŞ Dövlət Departamenti Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib

Avropa İttifaqı və ABŞ. Foto: J_UK/shutterstock

“Ədalətsiz saxlanılan hər kəs dərhal azad edilməlidir”

Avropa İttifaqı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları fəalı Anar Məmmədlinin saxlanmasından narahatlığını ifadə edb.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano “X” sosial şəbəkəsində yazıb ki, Anar Məmmədlinin saxlanılması müstəqil jurnalistlər və fəalların həbsləri silsiləsinin sonuncusudur, həmçinin Avropa İttifaqı üçün  narahatlıq doğurur.

“Əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir” – deyə, o qeyd edib.

ABŞ Dövlət Departamenti də Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.

Biz Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin davam etməsindən, xüsusən Anar Məmmədlinin həbsindən çox narahatıq” – deyə, Dövlət Departamentinin nümayəndəsi “Turan”ın müxbirinə bildirib.

Anar Məmmədli
Foto: Meydan TV

Onun sözlərinə görə, aprelin 29-da Anar Məmmədlinin saxlanılması vətəndaş fəallarının və jurnalistlərin həbsi silsiləsində sonuncu fakt olub.

“Biz Azərbaycan hökumətini ədalətsiz olaraq saxlanılan hər kəsi dərhal azad etməyə çağırırıq” – deyə, Dövlət Departamentinin nümayəndəsi bildirib.

Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb. Daha sonra onun özünün və atasının evində axtarış aparılıb.

Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilib.

Ana səhifəSiyasətAİ və ABŞ Dövlət Departamenti Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib