close

AİHM Azərbaycanla bağlı daha bir qərarını elan edəcək

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Hüseynov Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı şikayət edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 13-də Azərbaycanla bağlı daha bir qərarını elan edəcək.

Emin Hüseynov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçinin 2015-ci ilin iyununda Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlıdır.

İşin hallarına görə, həmin vaxt ərizəçi müstəqil jurnalist və jurnalistlərin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatının sədri olub.

1979-cu il doğumlu ərizəçi hazırda Cenevrədə yaşayır.

O, yaşadığı İsveçrəyə həmin ölkənin xarici işlər naziri ilə yola düşməzdən əvvəl rəhbəri olduğu QHT-yə maliyyə qanunsuzluqları iddiası ilə cinayət işi açılıb, barəsində axtarış elan edilib.

Bu səbəbdən Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınaraq 10 ay orada yaşamışdı.

Emin Hüseynov. Foto: DW

Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ), 10-cu (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi iddia edir ki, yerli hakimiyyət orqanlarının məcburi yolla vətəndaşlıqdan imtinaya zorlaması onun Konvensiya ilə qorunan hüquqlarını pozub.

Ərizəçi həmçinin 34-cü (fərdi şikayət hüququ) və 38-ci (işin araşdırılması üçün lazımi şərait yaratmaq öhdəliyi) maddələrə əsasən, iddia edib ki, qardaşı hazırkı ərizəyə görə, dövlət orqanları tərəfindən dəfələrlə təzyiqlərə məruz qalıb və saxlanılıb.

Hökumət işin araşdırılması üçün bütün müvafiq sənədlərin surətlərini təqdim etməyib.

Ana səhifəSiyasətAİHM Azərbaycanla bağlı daha bir qərarını elan edəcək