close

Aktyor Mədəniyyət Nazirliyinin şöbə müdirini tənqid edib

Aktyor Hikmət Rəhimov

“Rüfət Həsənov, məmur eqon imkan vermədi sənə, özündən əvvəlkilərə rəhmət oxutdurdun”

Aktyor Hikmət Rəhimov Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənova qarşı tənqidi fikirlər səsləndirib.

Aktyor “Facebook” səhifəsində yazıb ki, “Həyat, deyəsən, gözəldir” bədii filmində əsas rollardan birini canlandırsa da, ekran işinin “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalındakı premyerasına dəvət olunmayıb.

Deyib ki, Rüfət Həsənov festivalda kinoya aidiyyəti olmayan adamların iştirakını təşkil edib:

“Heyətdə olan iki-üç nəfərdən qalanlarının kino ilə əlaqəsi yoxdur. Rüfət Həsənov, məmur eqon imkan vermədi sənə, özündən əvvəlkilərə rəhmət oxutdurdun”.

Artıq ikinci ildir ki, noyabrın 1-dən 5-dək Türkiyənin Bursa şəhərində “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı təşkil edilir.

Festival çərçivəsində Xalq artisti, kinorejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” (Fəryad II) bədii filminin preymyerası olub.

“Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov Meydan TV-yə bildirmişdi ki, festivalda Vaqif Mustafayev iştirak edəcək.

“Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filmi İkinci Qarabağ müharibəsinə həsr olunub.

İlkin işçi adı “Fəryad II” olan filmin, ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur.

Baş rolda Hikmət Rəhimov, rollarda Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalıdır. Mədəniyyət Nazirliyindən məsələyə münasibət bildirilməyib.

Ana səhifəMədəniyyətAktyor Mədəniyyət Nazirliyinin şöbə müdirini tənqid edib