close

Almaniyada festivalda qətl: 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Yaralananlardan 5-nin vəziyyətinin ağır olduğu deyilir

Almaniyanın qərbindəki Zolingen şəhərinin 650 illiyinə həsr olunmuş (Şimali Reyn-Vestfaliya) festivalda bıçaqlı hücum nəticəsində 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı bildirilir.

Yaralananlardan 5-nin vəziyyətinin ağır olduğu deyilir.

Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Royl bildirib ki, hücum avqustun 23-də axşam saatlarında olub.

Cinayətkar qəflətən hücum edib və fərq qoymadan insanlara xəsarət yetirməyə başlayıb.

Hücum edən şəxs qaça bilib.

Zolingen bələdiyyə sədri Tim Kurzbah həmin gecə şəhərdə hər kəsin “şok, dəhşət və böyük kədər” içində olduğunu yazıb.

“Biz şəhərimizin 650 yaşını birlikdə qeyd etmək istəyirdik, lakin indi ölü və yaralıların yasını tutmağa məcburuq”, – Tim Kurzbah deyib.

Ana səhifəDünyaAlmaniyada festivalda qətl: 3 nəfər ölüb, 8 nəfər yaralanıb