close

“Anamın ölümünə səbəb olan sürücülər hələ də azadlıqdadır”

Vətəndaş hesab edir ki, qəzanı törədən sürücü imkanı sayəsində məsuliyyətdən yayınır

Ağdamdan məcburi köçkün kimi  Sabunçu rayonunun Bakıxanov qəsəbəsində məskunlaşan Rövşən Allahverdiyev anasını avtomobil qəzası nəticəsində itirib. Ancaq hadisədən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də anası Xuraman Həsənovanın ölümünə səbəb olan sürücülərin həbs olunmamasından narazıdır.  

Bu barədə Meydan TV-yə danışan vətəndaş deyir ki, anası xadimə kimi çalışaraq onları böyüdüb. Bu ilin mayın 3-də elə iş vaxtı, yolları təmizləyərkən avtomobillə vurulub.

Oğlu deyir ki, anası 64 yaşlı Xuraman Həsənova yol kənarında dayanarkən iki avtomobilin toqquşması nəticəsindəxəsarət alıb və həyatını itirib. Şikayətçinin sözlərinə görə, hadisə səhər saat 9-da, Bakıxanov qəsəbəsində baş verib. Ələddin Ələkbərov və Anar adlı sürücülərin idarə etdikləri avtomobillər toqquşub. Toqquşmanın gücündən avtomobillərdən biri səkiyə çıxıb və qadın avtomobilin altında qalıb: 

Videogörüntülərdən bəlli olur ki, Ələddin Ələkbərov yüksək sürətlə hərəkət edir, Anarın idarə etdiyi avtomobil isə onun yoluna çıxır. Onlar anamı vurduqlarından xəbərsiz kimi söhbətləşirlər. Yalnız anamın iş yoldaşının hay-küyündən sonra adamlar toplaşırlar və anamı xilas etməyə çalışırlar”.

Görüntülərdən bəlli our ki, qadını avtomobilin altından çıxarmaq mümkün olmur, avtomobili arxaya verirlər və  ikinci dəfə qadın maşın altında qalır. 

Bizə günorta saat 1-də məlumat verdilər. Anamı Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparmışdılar. Hər iki ayağı amputasiya olunsa da, elə əməliyyat zamanı vəfat etdi. Həkim dedi ki, qanitirmədən ölüb. Onu vaxtında həkimə çatdırmayıblar”,-Rövşən Allahverdiyev deyib. 

Onun sözlərinə görə, Ələddin Ələkbərovu hadisədən 20 gün sonra tanyıb: 

O, imkanlı şəxsdir. Hesab edirəm ki, bundan faydalanaraq hadisədən yayınmağa cəhd edir. Yeganə istəyim odur ki, anamın ölümünə səbəb olan hər iki sürücü məsuliyyətə cəlb edilsin”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə bildiriblər ki,  hadisə ilə bağlı Sabunçu Rayon Polisİdarəsinin İstintaq Şöbəsində cinayət işi açılıb, araşdırma gedir. 

Ana səhifəSosial“Anamın ölümünə səbəb olan sürücülər hələ də azadlıqdadır”