close

Anar Əjdər Olun əfvə düşməməsindən danışdı: “Prezident lazım bilməyib…”

Əjdər Cəbiyev, Foto: https://www.ejderol.net/

Yazıçı deyib ki, bu məsələ prezidentin səlahiyyətindədir

Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Əfv Sərəncamı imzalayıb.

Eks-prezident Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmış sənədə əsasən, 801 məhkum əfv olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev bir neçə ay öncə Əjdər Olun əfv olunması ilə əlaqədar Prezident İlham Əliyevə müraciət ünvanladığını açıqlamışdı.

Ancaq əfv olunanlar arasında “Əjdər Ol” təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevin adına rast gəlinməyib.

Meydan TV yazıçı Anardan müraciətinə müsbət cavabın verilməməsi və Əjdər Olun əfvə düşməməsinin səbəblərini öyrənməyə çalışıb.

Yazıçı deyib ki, əfv prezidentin səlahiyyətində olan məsələdir.

“Əfvi mən etmirəm. Prezident lazım bilməyib, əfv etməyib”, – məsələni şərh edən Anar Meydan TV-yə belə deyib.

O, bu məsələ ilə bağlı əlavə danışmaq istəməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəMədəniyyətAnar Əjdər Olun əfvə düşməməsindən danışdı: “Prezident lazım bilməyib…”