close

Anar Məmmədli saxlanılıb (yenilənib)

Anar Məmmədli, Foto: Meydan TV

Vəkil Elçin Sadıqov Anar Məmmədlinin evindəki axtarışa buraxılmadığını deyir.

Bu barədə vəkil sosial media hesabında məlumat yayıb.

“Vəkil orderim və vəsiqəmlə birlikdə Anar Məmmədlinin evin yaxınlaşsam da hələ ki polis məni Anar Məmmədli ilə görüşə və axtarış götürmədə iştirakıma icazə vermir”, – deyə o qeyd edib.

Anar Məmmədlinin evinin qarşısı. Foto: Meydan TV


Hazırda polisin Anar Məmmədlinin evində axtarış apardığı bildirilir.

Bu barədə Məmmədlinin yaxınları məlumat yayıblar.


DİN onunla bağlı araşdırma aparıldığını deyir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları fəalı və ictimai idarəetmə üzrə ekspert Anar Məmmədlinin aprelin 29-da  polislər tərəfindən saxlanıldığı bildirilir.

Bu barədə hüquq müdafiəçisi Bəşir Süleymanlı məlumat yayıb.

O deyib ki, Anar Məmmədli Teymur Əliyev küçəsi istiqamətində maşına basılararaq aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Məmmədlinin saxlanılmasını Meydan TV-yə təsdiqləyib.

Onun sözlərinə görə, Anar Məmmədlinin barəsində araşdırma aparılır.

2013-cü il Prezident seçkisindən iki həftə sonra, oktaybrın 27-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə (SMDTM) və onun tərəfdaşı olan Könüllülərin Beynəlxalq Həmrəyliyi Birliyinə qarşı cinayət işi açılmışdı.

2 ay yarım sürən istintaqdan sonra təşkilatın rəhbəri Anar Məmmədli dekabrın 16-da saxlanılaraq, barəsində həbs qəti-imkan tədbiri seçilib.

O, 2014-cü ilin mayında məhkəmə tərəfindən 5 il 6 ay azadlıqdan məhrum edilib.

2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Ana səhifəSiyasətAnar Məmmədli saxlanılıb (yenilənib)