close

ATİŞ 4 il azadlıqdan məhrum edilən fəalla bağlı bəyanat yayıb

Foto: Ruslan Vahabovun şəxsi arxivindən

Təşkilat onun həbsini ictimai fəaliyyəti ilə əlaqələndirib

İctimai fəal Ruslan Vahabov 4 il azadlıqdan məhrum edilib.

Bu barədə yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə hökm çıxarılıb.

2023-cü ilin sentyabr ayının 22-də saxlanılan fəal Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunurdu.

Yaxınları hesab edirdi ki, narkotik ittihamı ilə saxlanılan fəal əslində sosial şəbəkələrdə müharibə əleyhinə yazdığı paylaşımlara görə cəzalandırılıb.

Onun barəsində istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Azərbaycan Talışların İctimai Şurası Ruslan Vahabovun 4 il azadlıqdan məhrum edilməsilə bağlı bəyanat yayıb.

Bildirilib ki, Ruslan Vahabov tərəfindən narkotik vasitənin qəbul edilməsi xüsusatı tamamilə uydurmadır:

Ruslan Vahabovun narkotik vasitənin əldə olunması ilə bağlı mənbənin naməlumluğu isə irəli sürülən ittihamın açıq-aşkar günahsız vətəndaşını şərləmək arzusunda olan polisin xəyalından irəli gəldiyini ifadə edir”.

Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Ruslan Vahabovun bu formada mühakinə edilməsini onun sosial mediadakı fəaliyyəti, xüsusən də “Facebook” sosial şəbəkəsindəki profilində hakim ailəyə məxsus “Bravo” supermarketlər şəbəkəsi haqqında son paylaşımı ilə bağlı olduğunu bəyan edib.

Onun həbsinin hakim ailəyə məxsus “Bravo” supermarketlər şəbəkəsi haqqında son paylaşımı ilə bağlı olduğunu bəyan edir və dərhal azad edilməsini tələb edirik”, – deyə bəyanatda qeyd olunur.

Ruslan Vahabov sentyabrın 22-də səhər işə getmək adıyla evdən çıxıb və az sonra onunla əlaqə kəsilib.

Bir gün sonra Daxili İşlər Nazirliyinin “102” xidmətindən ailəsinə bildirilib ki, ictimai fəal narkotik ittihamıyla saxlanılıb.

Onun işgəncəyə məruz qaldığı bildirilib.

Yaxınlarının sözlərinə görə, məhkəmədə müstəntiq Ruslan Vahabovu hədələyib.

Ruslan Vahabov deyib ki, həbsinin səbəbi “Facebook”da yazdığı statuslarıdır.

O, həbs olunmamışdan bir gün əvvəl belə bir status yazıb: “Sual: nə qazandıq 23 saat 43 dəqiqəyə? Xankəndidə “Bravo” tezliklə tikiləcək, yoxsa yox?”

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarının həqiqətəuyğun olmadığı deyib.

Ana səhifəSiyasətATİŞ 4 il azadlıqdan məhrum edilən fəalla bağlı bəyanat yayıb