close

Avropa çempionatında 1/8 finalın son oyunları keçirilib

Foto: Reuters

Niderland və Türkiyə komandaları növbəti mərhələyə yüksəlib

İyulun 2-də Almaniyada təşkil olunan Avropa çempionatında 1/8 final mərhələsinin son oyunları keçirilib.

Günün ilk matçında Rumıniya ilə Niderland millisi qarşılaşıb. Münhendəki “Alyanz Arena”da keçirilən oyun saat 20:00-da başlayıb. Niderland yığması rəqibini 3:0 hesabı ilə məğlub edib.

Foto: Reuters

AÇ-2024-ün 1/8 final mərhələsinin son matçı Avstriya ilə Türkiyə millisi arasında keçirilib. Leypsiq şəhərindəki “Red Bull Arena”da təşkil olunan görüşün start fiti saat 23:00-da verilib. Qarşılaşma Türkiyə seçməsinin qələbəsi ilə başa çatıb – 2:1.

Türkiyə millisi 1/4 finalda Niderlandla üz-üzə gələcək.

Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Ana səhifəİdmanAvropa çempionatında 1/8 finalın son oyunları keçirilib