close

Avropa çempionatında ilk finalçı məlum olub

Foto Reuters

İspaniya millisi yarımfinalda Fransanı məğlub edib

İyulun 9-da Almaniyada keçirilən Avropa çempionatında yarımfinal mərhələsi start götürüb.

Yarımfinalın ilk oyununda İspaniya millisi Fransa ilə qarşılaşıb. Münhendəki “Alyans Arena”da keçirilən oyun saat 23:00-da başlayıb.

İspaniya AÇ-2024-ün 1/4 finalında Almaniyanı məğlub etmişdisə, Fransa millisi Portuqaliyanı penaltilər seriyasında üstələmişdi.  Oyun İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə bitib.

İspanlar bu qələbə sayəsində Avropa çempionatının final oyununa vəsiqə qazanıb.

Onların finaldakı rəqibi iyulun 10-da keçiriləcək Niderland – İngiltərə matçının qalibi olacaq.

Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Ana səhifəİdmanAvropa çempionatında ilk finalçı məlum olub