close

Avropa Liqası: “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanıb

“Qarabağ”-“Braqa” oyunu

Azərbaycan çempionu iki oyunun nəticəsinə görə “Braqa”nı üstələyib

“Qarabağ” klubu fevralın 22-də UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Saat 21:45-də start götürən oyunda Azərbaycan çempionu Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşıb. İlk matçda rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən “Qarabağ” “Braqa” ilə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.

Bolqarıstandan olan hakimlər briqadasının idarə etdiyi oyunda “Qarabağ” 2:3 hesabı ilə uduzub. Amma iki görüşün nəticəsinə əsasən mərhələni keçən tərəf Azərbaycan çempionu olub.

“Qarabağ” iki oyunun nəticəsinə əsasən Portuqaliya təmsilçisini üstələməklə Azərbaycan futbolu və öz tarixində ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Ana səhifəİdmanAvropa Liqası: “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanıb