close

Azərbaycan əsgərinin özünü odlu silahla vurduğu bildirilir

Foto: Meydan TV

İcra nümayəndəsi: “Cənazəni gətirmək üçün Gəncəyə gedirik”

Masallının Xırmandalı kənd sakini, 2005-ci il təvəllüdlü əsgər Tağıyev Ramal İsrafil oğlunun ötən gün axşam naməlum səbəblərdən öldüyü bildirilir.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər.

Ramal Tağıyevin 6 ayın əsgəri olduğu bildirilir.

Məlumata görə, əsgərin cənazəsi bu gün doğulduğu kəndə gətiriləcək.

Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov hadisəni Meydan TV-yə təsdiqləyib.

Ramal Tağıyev, foto: sosial media

Hazırda cənazəni gətirmək üçün Gəncəyə gedirik. Məsələni tam dəqiqliklə öyrənib sizə məlumat verəcəyik”, – deyə o bildirib.

Prokurorluq isə əsgərin özünü odlu silahla vurduğunu açıqlayıb.

“Kəlbəcər Rayon Prokurorluğunda N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tağıyev Ramal İsrafil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi ilə bağlı araşdırma aparılır”, – deyə prokurorluq bildirib.

Ana səhifəXəbərlərAzərbaycan əsgərinin özünü odlu silahla vurduğu bildirilir