close

Azərbaycan “Eurovision 2024”-ün finalına keçə bilməyib

Foto: Eurovision Song Contest

Müsabiqənin finalı mayın 11-də olacaq

İsveçin Malmö şəhərində “Eurovision 2024” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycan təmsilçiləri çıxış ediblər.

Televiziya tamaşaçılarının səsverməsinin nəticələrinə görə, Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə müsabiqənin finalına keçə bilməyiblər.

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksemburq yarımfinala vəsiqə qazanıblar.

Müsabiqənin ikinci yarımfinalı mayın 9-da, finalı isə mayın 11-də olacaq.

Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

Ana səhifəMədəniyyətAzərbaycan “Eurovision 2024”-ün finalına keçə bilməyib