close

Azərbaycan Sovet dövründə kəşf edilən qızıl yatağını istismara verib

Foto: Meydan TV

“Tülallar” “AzerGold”un istismara verdiyi dördüncü yataqdır

“AzerGold” QSC fevralın 14-də Azərbaycanda yeni qızıl yatağının hasilatına başladığını elan edib. Bu, Göygöl rayonundakı “Tülallar” yatağıdır.

Məlumatda bildirilir ki, sovet dövründə kəşf edilmiş “Tülallar” “AzerGold”un istismara verdiyi dördüncü yataqdır.

“AzerGold” geoloqları yataqla bağlı 2017-ci ildən geniş araşdırmaya başlayıb:

“2022-ci ildə beynəlxalq məsləhətçi “Micon International Limited” ilkin mərhələdə yerin təkində “Tülallar” yatağının ehtiyatlarını 298 min unsiya qızıl, çıxarıla biləcək həcmi isə 85 min unsiya təsdiq edib”.

“AzerGold” QSC həmçinin “Çovdar”, “Ağyoxuş-1” və “Mərəh” yataqlarını da istismar edir.

Azərbaycanda daha bir qızıl hasilatçısı Britaniyanın “Anglo Asian Mining” şirkətidir.

Həmin şirkət 1997-ci ildən ölkədə fəaliyyət göstərir.

Azərbaycandakı əsas aktivləri ilə yanaşı, “Anglo Asian Mining” Qarabağ bölgəsində iki kontrakt sahəsinə sahibdir.
Lakin həmin “Qızılbulaq” mis-qızıl və “Dəmirli” mis-molibden yataqları hazırda Rusiya sülhməramlılarının nəzarətində olan zonaya düşür.

Hazırda dünyada 1 unsiya qızıl 1870 dollara bərabərdir.

Ana səhifəİqtisadiyyatAzərbaycan Sovet dövründə kəşf edilən qızıl yatağını istismara verib