close

Azərbaycana gətirilən malların aksiz dərəcələrində dəyişiklik edilib

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib

Nazirlər Kabineti Azərbaycana gətirilən malların aksiz dərəcələrində dəyişiklik edib.
Bu barədə Baş nazir Əli Əsədov fevralın 29-da qərar imzalayıb.

Qərara əsasən, 2024-cü ilin sonuna kimi 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb. Bir ton üçün 200 manatdan 1 manata endirilib.

Həmçinin, qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi də 80 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə ilin sonuna kimi qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel üçün 15 faiz gömrük rüsumu ləğv edilib.

Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Martın 1-dən həmçinin, Rusiya benzin ixracına altı aylıq qadağa qoyub. Azərbaycan həm də Rusiyadan benzin idxal edir.

Ana səhifəİqtisadiyyatAzərbaycana gətirilən malların aksiz dərəcələrində dəyişiklik edilib