Qarabağda başladılan hərbi əməliyyatda Azərbaycan Ordusunun bir neçə hərbçisini itirdiyi haqda məlumatlar var. Sosial şəbəkələrdə müxtəlif bölgələrə əsgər nəşlərinin getdiyi bildirilir. Meydan TV onlardan bir neçəsinin kimliyini dəqiqləşdirə bilib və faktı yaxınlarına, kənd bələdiyyəsinə təsdiqlədib.
Hələlik Azərbaycan Müdafiə Nazirliyi həyatını itirən hərbçilərlə bağlı məlumat verməyib.
Meydan TV-nin ölümünü dəqiqləşdirə bildiyi hərbçilər bunlardır:
- Əliyev Ramil Şakir oğlu, Beyləqan rayonu Dünyamalılar kənd sakini
- İsayev İsmayıl Çərkəz oğlu, Masallı rayonu Sığdaş kənd sakini
- Mikayılov Hüseyn Əli oğlu, Ucar rayon sakini
- Hüseyn Mais oğlu Xanməmmədov, Zaqatala rayonu Qımır kənd sakini, 20.09.1985
- Rüstəmov Vüsal Rüstəm oğlu, mayor, Xaçmaz rayon sakini, 11.05.1984 təvəllüd
- Canbaxışov Xəyal Xeyri oğlu, Mingəçevir şəhər sakini, hərbçi
- Qəhrəmanov Sadiq Sakit oğlu, MAXE, 27 yaşlı Salyan rayonu Kərimbəyli kənd sakini
- Zamanov Əhməd, Şəmkir rayonu Könüllü kənd sakini
- Süleymanov Elşad Məhəmməd oğlu, Goranboy rayonu Qızılhacılı qəsəbə sakini
- Ceyhun Etibar oğlu Ağayev, MAXE, 36 yaşlı Salyan rayonu Şorsulu kənd sakini
- Həmidov Həmid Əlsalman oğlu, Beyləqan rayonu Milabad kənd sakini
- Abbasov Ruslan Əbülfətoğlu, Mingəçevir şəhər sakini, hərbçi
- Mirzəyev Sənan Vüqar oğlu, Masallı şəhər sakini, 2004-cü il təvəllüdlü
- Səmədov Elçin Akif oğlu, gizir, Şabran rayonu Ağbaş kənd sakini
- İlham Şəmşiyev, Qazax rayonu Yuxarı Salahlı kənd sakini