close

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb

Əşrəf Şıxəliyev. Foto: XİN

Şıxəliyevi Elçin Hüseynli əvəzləyib, Ruslan Nəsibov isə Efiopiyaya göndərilib

Əşrəf Şıxəliyev Azərbaycanın Hindistanda, eyni zamanda, Şri-Lankada, Maldivdə, Nepalda, Banqladeşdə və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bu barədə oktyabrın 10-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Əşrəf Şıxəliyev 2018-ci ilin aprelində Azərbaycanın Hindistana fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdi.

Ona qədər Ə.Şıxəliyev  Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi vəzifəsində çalışmışdı.

Ölkə başçısının digər sərəncamları ilə Elçin Hüseynli Azərbaycanın Hindistanda, Ruslan Nəsibov Efiopiyada səfirləri təyin olunub.

Elçin Hüseynli Xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsinin (Mərkəz) attaşesi vəzifəsində olub. 

Ruslan Nəsibov isə Azərbaycanın Efiopiyadakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

Ruslan Nəsibov. Foto: Azərtac
Ana səhifəXəbərlərAzərbaycanın Hindistandakı səfiri geri çağırılıb