close

Bakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti dayandırıldı

Bakı Dövlət Sirki. Foto: sosial şəbəkə

FHN binada texniki nasazlıqlar aşkarlayıb

Yanvarın 7-dən Bakı Dövlət Sirkinin müvəqqəti olaraq fəaliyyətini dayandırdığı bildirilir.

Səbəb kimi Fövqəladə Hallar Nazirliyinin Bakı Dövlət Sirkinin binasında müəyyən texniki nasazlıqlar aşkar etməsi göstərilir.

Bu barədə yanvarın 10-da Meydan TV-yə Bakı Dövlət Sirkindən məlumat verilib

Bildirilir ki, Mədəniyyət Nazirliyi teatr və konsert müəssisələrində tamaşaçıların rahatlığı və təhlükəsizliyi üçün risklər yarandığı halda müvafiq dövlət qurumları ilə birgə təxirəsalınmaz tədbirlər həyata keçirir:

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib. Binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub. Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib”.

“Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”, – deyə məlumatda əlavə olunub.

Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.

Ana səhifəSosialBakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti dayandırıldı