close

Bakı Naxçıvanda atəşkəsin pozulduğunu deyir, Yerevan təkzib edir

Atəşkəsin pozulması. Foto: Meydan TV

Azərbaycan Müdafiə Nazirliyi cavab tədbiri gördüyünü də deyib

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələrini bir neçə dəfə atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi iyunun 13-də məlumat yayıb.

Nazirlik əlavə edib ki, Azərbaycan ordusu qeyd olunan istiqamətlərdə cavab tədbirləri görüb.

Amma Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edib.

“Azərbaycan Müdafiə Nazirliyinin iyunun 12-də saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə yaydığı məlumat həqiqətəuyğun deyil”, – deyə Ermənistan Müdafiə Nazirliyi bildirib.

Ana səhifəSiyasətBakı Naxçıvanda atəşkəsin pozulduğunu deyir, Yerevan təkzib edir