close

Bakı Şəhər İcra Hakimiyyəti feministlərin yürüşünə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti, Foto: Azərtac

Təşkilatçılar qərarı əsassız sayır və aksiyanı keçirəcəklərini deyirlər

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) martın 8-də Bakının mərkəzi “Fəvvarələr Meydanı”nda keçiriləcək “8 Marş -Yaşamaq istəyirik” yürüşünə “yox” deyib.

Aksiya saat 15:00-16:00 arası planlaşdırılır.

Plan “Fəvvarələr Meydanı”ndan Xurşudbanu Natəvanın abidəsinədək yürüməkdir.

Şəhər administrasiyası imtinanı səbəbi kimi aksiya üçün təklif olunan marşrutun insanların sıx olduğu yerdə planlaşdırılmasını göstərib:

“Şəhər sakinləri və paytaxtın qonaqlarının sıx olduğu ərazidir. Üstəlik, orada çox sayda ictimai iaşə və xidmət obyektləri yerləşir. Bununla əlaqədar həmin ərazidə aksiya keçirilməsi məqsədəuyğun deyil”.

Aksiyaçı polisə: "Gecə başınızı necə yastığa qoyursunuz?"
Foto: Meydan TV

Təşkilatçılar hökumətin cavabını əsassız sayır.

Aksiyanın təşkilatçılarından Sənubər Heydərova Meydan TV-yə deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı qanunsuzdur.

O, yürüşü keçirəcəklərini bildirib:

Hər dəfə eyni cavabı verirlər ki, məqsədəuyğun deyil. Hansı məqsədə? Nədir icra hakimiyyətinin məqsədi? Yaxşı olardı ki, onu bir aydınlaşdırsınlar. Bu qərar qanunsuzdur və biz aksiyanı keçirəcəyik”.

Aksiya “Marş 8 – Yaşamaq istəyirik” şüarı altında keçiriləcək və gender zorakılığına və qadınların qətlinə etirazın nümayişi olacaq.

Ana səhifəSiyasətBakı Şəhər İcra Hakimiyyəti feministlərin yürüşünə icazə vermədi