close

Bakı və ətraf rayonlar səhər saatlarında silkələndi

Source:

Xəzərdə zəlzələ qeydə alınıb

Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km-dir.

Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olmayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırır:

“Baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir”.

Ana səhifəSosialBakı və ətraf rayonlar səhər saatlarında silkələndi