Yaralı dərhal xəstəxanaya çatdırılıb
Bakının Binəqədi rayonu ərazisində 9 yaşlı uşağın 7 yaşlı bibisi oğlunu güllələdiyi bildirilir. Hadisə yanvarın 20-də saat 17 radələrində baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə verilən məlumata görə, azyaşlının atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranışı nəticəsində atəş açılıb. Döş qəfəsindən güllə yarası almış 7 yaşlı uşağı yaxınları dərhal xəstəxanaya çatdırıb.
“Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb”, – Daxili İşlər Nazirliyindən bildirilib.