close

Bakıda aksiya yenə polis tərəfindən dağıdılıb

Heyvan haqları aktivistləri Fəvvarələr meydanında etiraz aksiyası keçirib. Fəallar sahibsiz itlərin yerli icra qurumları tərəfindən güllələnməsinə etiraz edib. Aksiyaçılar “Toplan” heyvanlara qayğı mərkəzindən itlərin toplanıb məhv edilməsinin durdurulmasını tələb edirlər.

Fəallar “İtlər yanımızda, itlər yuvamızda!” “Küçədə yaşamaq çox çətin, onu bizə çox görməyin!” şüarları səsləndiriblər. Polis aksiyaya dərhal müdaxilə edib, 7 fəal saxlanıb. Onlar 9-cu polis bölməsində qısa müddət saxlanıldıqdan sonra, sərbəst buraxılıblar.

Ana səhifəVideoBakıda aksiya yenə polis tərəfindən dağıdılıb